Nigeriyada “Kovid-19” əleyhinə peyvənd hazırlanıb

Qərbi Afrika ölkəsi Nigeriyada yeni növ koronavirus (Kovid-19) əleyhinə iki yerli peyvəndin hazırlandığı açıqlanıb.

1607248
Nigeriyada “Kovid-19” əleyhinə peyvənd hazırlanıb

Nigeriya Hökumət katibi və “Kovid-19” əleyhinə mübarizə qurumunun Başçısı Boss Mustafa bu barədə məlumat verib. Mustafa ölkə alimlərinin “Kovid-19” əlehinə hazırladıqları iki növ yerli peyvəndlərin klinik sınaqlarının davam etdiyini, peyvəndlərin istifadəsinə sınaqlar tamamlandıqdan və sertifikatlaşdırıldıqdan sonra başlanacağını, bunun ölkədəki tibb sənayesinin imicinin güclənməsinə töhfə verəcəyini qeyd edib.

Xatırladaq ki Nigeriya Beynəlxalq “Covid-19” Peyvəndlərini Qəbuletmə Qlobal Proqramı (COVAX) təşəbbüsü çərçivəsində 4 milyon 224 min doza “AstraZeneca” peyvəndi təmin edib.



Әlaqәli Xәbәrlәr