Nigerdә törәdilәn hücumlar zamanı öldürülәnlәrin sayı 137 nәfәrә çatıb
Nigerdәki kәndlәrә tәşkil edilәn silahlı hücumlar nәticәsindә hәyatını itirәnlәrin sayı 137 nәfәrә çatıb.
Nigerdәki kәndlәrә tәşkil edilәn silahlı hücumlar nәticәsindә hәyatını itirәnlәrin sayı 137 nәfәrә çatıb.
Niger hökumәtinin sözçüsü Zakaria Abdourahmane verdiyi bәyanatda bazar günü Tahou bölgәsindәki İntazayene, Bakorat vә Vistane kәndlәrinә tәşkil edilәn hücumlar nәticәsindә 137 nәfәrin öldürüldüyünü söylәyib.
Daha әvvәl hücumlar nәticәsindә 30 nәfәrin öldüyü açıqlanmışdı.
Qeyd edәk ki, Nigerin Tilliberi bölgәsindә törәdilәn hücum zamanı azı 58 adam hәyatını itirmişdi. Hücumdan sonra ölkәdә üç günlük matәm elan edilmişdi.
Xatırladaq ki, yanvar ayında ölkәnin qәrbindәki Tçombanqo vә Zaroumdareye kәndlәrinә edilәn hücumlar nәticәsindә azı 100 mülki vәtәndaş öldürülmüşdü.
Әlaqәli Xәbәrlәr
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...