"AstraZeneca" vaksini “Covid-19”a qarşı 79% qoruyur
"AstraZeneca" şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus (Kovid-19) əleyhinə peyvəndin simptomatik halların qarşısını almaqda 79% effektivliyi olduğu ABŞ-da aparılan sınaqlar nəticəsində müəyyənləşdirilib.
Məlumata görə, ABŞ-da Çili və Perudan iştirakçılar daxil olmaqla 30 min könüllü cəlb edilərək aparılan sınaqlar nəticəsində "AstraZeneca" şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksini "Covid-19"-a qarşı 79% qoruma təmin edir.
“The New York Times” qəzetinin yazdığına görə, şirkətin açıqladığı nəticələr vaksinə qlobal inamı gücləndirə bilər. Amma bu data Birləşmiş Ştatlarda böyük fərq yaratmayacaq, çünki vaksin bu ölkədə hələ təsdiqlənməyib və istifadə olunmaya bilər.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb