21 Mart – Beynəlxalq Meşə Günüdür

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə martın 21-i Beynəlxalq Meşə Günü (İnternational Day of Forests) elan edilmişdir və 1971-ci ildən qeyd olunur

1603558
21 Mart – Beynəlxalq Meşə Günüdür

 

  Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə martın 21-i Beynəlxalq Meşə Günü (İnternational Day of Forests) elan edilmişdir və 1971-ci ildən qeyd olunur.

  BMT Baş Məclisinin 6 yanvar 2013-cü il qərarı ilə həmin ildən etibarən hər il martın 21-i qeyd edilir.

  Beynəlxalq Meşə Günü meşələrin və meşə sahələrinin Yer kürəsində davamlı inkişaf və təhlükəsizlik üçün böyük əhəmiyyət daşımasına diqqəti cəlb etmək məqsədi güdür.

  BMT Baş Məclisin bu qərarını Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı alqışlamış və üzv dövlətləri həmin gün xüsusi tədbirlər, o cümlədən ağacəkmə kampaniyaları keçirilməsini dəstəkləməyə çağırmışdır.

  Yer kürəsi ərazisinin quru hissəsinin 31 faizi meşələrlə örtülmüşdür. Haqlı olaraq meşələri planetimizin ağciyərləri adlandırırlar. Yerin ekoloji sistemləri və atmosfer arasında karbon qazı mübadiləsi prosesində meşələr mühüm yer tutur. Dünyadakı meşələrin 13 faizi xüsusi qorunan təbii ərazilərə aiddir.

  Son illərdə meşələrin qırılması, deqradasiya və yanğınlar nəticəsində Yer kürəsində meşələrin təhlükəli dərəcədə azalması meyilləri bütün beynəlxalq birliyi ciddi narahat edir



Әlaqәli Xәbәrlәr