BMT Myanmada 15 uşağın öldürülmәsini qınadı

Birlәşmiş Millәtlәr Tәşkilatının Myanmadakı müşahidәçilәri fevralın 1-dәn etibarәn hәrbi çevrilişә qarşı keçirilәn etiraz aksiyalarında 15 uşağın hәyatını itirmәsini qınayaraq ölkәdәki vәziyyәtә görә narahat olduqlarını bildirib.

1603525

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin sözçüsü Stefan Dujarik keçirdiyi gündәlik mәtbuat konfransında  BMT-nin Myanmadakı müşahidәçilәrinin çevriliş hәyata keçirәn hәrbçilәrin aksiyaçılara qarşı sәrt müdaxilәsi nәticәsindә 15 uşağın hәyatını itirmәsini qınadığını bildirib.

Stefan Dujarik Myanmada hәyata keçirilәn hәrbi çevriliş zamanı öldürülәn uşaqların sayı ilә bağlı mәlumatın Birlәşmiş Millәtlәr Tәşkilatının  Uşaq  Fonduna (UNİCEF) aid olduğunu qeyd edib.

Steffan Dujarik vurğulayıb ki, Beynәlxalq Miqrasiya Tәşkilatı Myanmadakı qaçqınların mövcud böhrandan әn çox tәsirlәnәnlәr arasında olduğunu bildirir.

BMT Baş katibinin sözçüsü deyib: ‘‘Beynәlxalq Miqrasiya Tәşkilatı Myanmadakı hәr 4 nәfәrdәn birinin daxili vә ya beynәlxalq qaçqın olduğunu, çox sayda daxili qaçqının yaşadığı bölgәlәrdә  isә çevriliş sәbәbindәn ciddi tәzyiqlәrin olduğunu bildirir’’.

Bәyanatda Beynәlxalq Miqrasiya Tәşkilatının ölkәdәki şiddәtin dәrhal dayandırılması ilә әlaqәdar çağırış etdiyi vә Myanmadakı qaçqınları dәstәklәmәk üçün fәaliyyәtlәrini davam etdirәcәyi bildirilib.

Әlaqәli Xәbәrlәr