Ağ Ev: “Rusiya ilə münasibətlər Tramp dövründəkindən fərqli olacaq”

Rusiya ilə münasibətlərimiz keçmiş prezident Donald Trampın rəhbərliyi dövründəkindən fərqli olacaq, Bunu Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evin sözçüsü Jen Psaki deyib.

1603559
Ağ Ev: “Rusiya ilə münasibətlər Tramp dövründəkindən fərqli olacaq”

Jen Psaki Ağ Evdə təşkil edilən gündəlik mətbuat konfransında ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə “qatil” deməsi ilə iki ölkə arasında başlayan gərginlik və Rusiyanın Vaşinqton səfirini Moskvaya çağırmasına münasibət bildirib. Psaki Rusiyanın atdığı addımlara dair məlumat sahibi olduqlarını, yeni rəhbərliyin bu ölkə ilə əlaqəlirinin Tramp dövründəkindən fərqli olacağını, etdiklərinə dair hesab verməsinin tələb ediləcəyini, narahatlıq doğuran sahələrdə birbaşa addımlar atacaqlarını qeyd edib. Rus dissident Aleksey Navalnın zəhərlənməsi ilə əlaqəli kəşfiyyat hesabatını yaydıqlarını xatırladıb. Bütün bunlara baxmayaraq iki ölkənin əməkdaşlıq edəbiləcəyi sahələrin də olduğunu ifadə edən Psaki “Nuy Start” və nüvə silahların iuxtisarı razılaşmalarını buna nümunə göstərib və Baydenin Putinlə etdiyi telefon danışığında ABŞ-ın Rusiyanın "pis niyyətli" hərəkətlərinə cavab verəcəyini səsləndirdiyini bildirib. “Konqres və başqaları idrak etməlidilər ki, bizi bölməyə çalışan Rusiya kimi düşmənlərimizə qarşı izləyəcəyimiz strategiya, onların taktikalarını ifşa etmək olacaq. Dünya bunun fərqindədir” deyib.



Әlaqәli Xәbәrlәr