ABŞ-da masaj salonlarına hücum edilib, 8 nәfәr ölüb

ABŞ-ın Corcia ştatının Atlanta şəhərində və ətrafında yerləşən masaj salonlarına edilən silahlı hücum zamanı azı 8 nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

1602832
ABŞ-da masaj salonlarına hücum edilib, 8 nәfәr ölüb

 

 

ABŞ-ın Corcia ştatının Atlanta şəhərində və ətrafında yerləşən masaj salonlarına edilən silahlı hücum zamanı azı 8 nəfər həyatını itirib.

Bu barədə yerli media orqanları mәlumat yayıb.

İlk hadisə Atlanta yaxınlığındakı Çeroki dairəsində yerləşən masaj salonunda qeydə alınıb. Naməlum şəxs insanlara atəş açıb. Nəticədə dörd nəfər ölüb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.

Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr