G. Pedersen: "Türkiyənin əhəmiyyətini anlayır və alqışlayırıq"

Geir Pedersen Cenevrə Ofisi və Nyu-Yorkda işləyən beynəlxalq jurnalistlər üçün video konfrans metodu ilə mətbuat konfransı keçirib.

1602003
G. Pedersen: "Türkiyənin əhəmiyyətini anlayır və alqışlayırıq"

"Suriyalı qaçqınlara ev sahibliyi etmək mövzusunda hamımız Türkiyənin əhəmiyyətini anlayır və alqışlayırıq".
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Cenevrə Ofisi və Nyu-Yorkda işləyən beynəlxalq jurnalistlər üçün video konfrans metodu ilə təşkil etdiyi mətbuat konfransında deyib.

Suriya miqyasında atəşkəs çağırışını təkrarlayan Pedersen İdlibdəki vəziyyətin bir ildən çoxdur "nisbətən sakit" olduğunu bildirib.

Pedersen "nisbi sakitliyə baxmayaraq bölgənin son dərəcə kövrək olduğunu" ifadə edərək, qarşıdurmalara yenidən başlamamaları barədə tərəflərə xəbərdarlıq edib.

"Anadolu" agentliyi (AA) müxbirinin "Türkiyə 3,6 milyonu suriyalı olmaqla dünya miqyasında ən çox sayda qaçqına ev sahibliyi edən ölkə olma xüsusiyyətini davam etdirir. Beynəlxalq ictimaiyyətə və xüsusilə Avropa İttifaqına (Türkiyəyə bu sahədə dəstək verilməsi barədə) xəbərdarlığınız olacaqmı?" sualına Pedersen belə cavab verib:

"Suriyalı qaçqınlara ev sahibliyi etmək mövzusunda hamımız Türkiyənin əhəmiyyətini anlayır və alqışlayırıq. BMT ailəsinin də etdiklərinə görə Türkiyəyə minnətdarlıqlarını ifadə etdiyini bilirəm".

Pedersen bu ayın axırında Belçikanın paytaxtı Brüsseldə Suriyaya humanitar yardım mövzusunda bir konfrans keçirəcəyini ifadə edərək, bu konfransda Türkiyədəki qaçqınlara da kömək ediləcəyinə inandığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr