Myanmada etiraz aksiyaları zamanı 12 nəfər həlak olub

Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə etiraz üçün keçirilən nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 12 nəfər həyatını itirib.

1599715
Myanmada etiraz aksiyaları zamanı 12 nəfər həlak olub

Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə etiraz üçün keçirilən nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 12 nəfər həyatını itirib.

Etirazları izləyən Myanmar mətbuatı və fəalları çevriliş əleyhinə nümayişlərin davam etdiyi Magvay şəhərində təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində 8 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib. Aktivistlər Yangon, Mandalay, Taungu və Bago şəhərlərində 4 nəfərin öldüyünü açıqlab.

Minlərlə insanın hərbi çevrilişə etiraz etdiyi Mogok şəhərində ən az 30 nəfərin, Mandalayda isə onlarla nəfərin nəzarətə alındığı bildirilib.

Ölüm hadisəsinin qeydə alındığı Yangonun Şimali Okkalapa bölgəsində də martın 11-də səhər saatlarından tutmuş ən az 100 nümayişçinin nəzarətə alındığı ifadə edilib.

Myanma ordusu ona yaxın siyasi qrupların 8 noyabr 2020 seçkilərində saxtakarlıq edildiyi iddialarını ortaya qoymasının və ölkədə siyasi gərginliyin artmasından sonra 1 fevralda hakimiyyəti ələ keçirdi.

Xatırladaq ki, Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı. 

Təhlükəsizlik qüvvələrinin silahlı müdaxilələrində indiyədək 70-ə yaxın nümayişçi həyatını itirib, 500-dən çox adam həbsdədir.

Ölkədə genişmiqyaslı nümayişlər davam edərkən, həbsdə olan yüksək vəzifəli dövlət məmurlarının hərbi məhkəmədə mühakimə olunmasına davam edilir.



Әlaqәli Xәbәrlәr