ABŞ DEAŞ-ın Demokratik Konqo və Mozambikdəki qollarını terror siyahısına salıb

ABŞ Dövlət Departamenti terror təşkilatı DEAŞ-ın Demokratik Konqo və Mozambik qollarını xarici terror təşkilatları siyahısına salıb və təşkilatın iki ölkədəki quldurbaşçılarını Qlobal Xüsusi Terrorist olaraq təsvir edib.

1599133

ABŞ Dövlət Departamentinin mövzuyla bağlı açıqlamasında terror təşkilatı DEAŞ-ın Demokratik Konqo qolu olaraq da bilinən Müttəfiq Demokratik Qüvvələr ilə Mədinə Et Tövhid və Mücahid təşkilatlarının xarici terror təşkilatları siyahısına salındığı və quldurbaşı Seka Musa Balukunun isə qlobal xüsusi terrorçu olaraq təsvir edildiyi bildirilib. 

Açıqlamada terror təşkilatı DEAŞ-ın Mozambik qolu olduğu bildirilən Ansar-ul Sunne təşkilatının da eyni siyahıya salındığı və təşkilatın quldurbaşı Əbu Yasir Hassanın qlobal xüsusi terrorçu olaraq təsvir edildiyi vurğulanıb.

Açıqlamada bu təsvirlər daxilində həmin təşkilatlarla əlaqəli şəxs və təşkilatların əmlaklarının dondurulduğu və ABŞ vətəndaşlarının bu təşkilatlar və şəxslər ilə ticarət əlaqəsi qurmalarının qadağan edildiyi bildirilib.

Әlaqәli Xәbәrlәr