Koalisiya qüvvәlәri Yәmәnә ağır zәrbәlәr endirib

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Yәmәnin paytaxtı Sәna başda olmaqla ölkәnin beş şәhәrinә 40 hava hücumu tәşkil edib.

1598390
Koalisiya qüvvәlәri Yәmәnә ağır zәrbәlәr endirib

 

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Yәmәnin paytaxtı Sәna başda olmaqla ölkәnin beş şәhәrinә 40 hava hücumu tәşkil edib.

İran tәrәfindәn dәstәklәnәn Husilәrә mәxsus ‘‘Ensarullah’’ adlı internet sәhifәsinin tәhlükәsizlik mәnbәsinә istinadәn yaydığı xәbәrdә Husilәrin nәzarәtindәki Sәna ilә Sadә, Zamar, Marib vә Cәvf şәhәrlәrinә 40 hava hücumu tәşkil edildiyi bildirilib.

Son günlәrdә Husilәr ilә hökumәt qüvvәlәri arasında Maribdә qarşıdurmalar intensivlәşib. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinin dә Husilәrә qarşı hava hücumları davam edir.

Husilәrin dә minalanmış pilotsuz uçuş aparatı ilә Sәudiyyә Әrәbistanının müxtәlif bölgәlәrinә hücumlar tәşkil etdiyi müşahidә olunur.



Әlaqәli Xәbәrlәr