ABŞ “Avropanın müdafiəçisi” hərbi təlimlərinə başlayır

Manevrin Yunanıstan ayağı may ayında reallaşdırılacaq

1589357
ABŞ “Avropanın müdafiəçisi” hərbi təlimlərinə başlayır

 

  Amerika Birləşmiş Ştatları “Defender Europe 2021” (Avropanın müdafiəçisi 2021) hərbi manevri üçün Qərbi Trakiyaya hərbi qüvvə sövq edir.

  ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Defender Europe 2021” manevri üçün Qərbi Trakiyaya, yəni Türkiyənin təxminən 50 kilometrlik ərazisinə yaxın bir yerə hərbi qüvvə yığır.

  Yunanıstan mətbuatı 150-dən çox hərbi vertolyot və maşınların Dedeağaça aparılacağını bildirib. Hərbi maşınlar Dedeağaç limanına “Endurance” gəmisi ilə gətiriləcək, daha sonra quru yoluyla hərbi təlimlərin təşkil ediləcəyi 14 ölkəyə göndəriləcək.

  Manevrin Yunanıstan ayağı may ayında reallaşdırılacaq.

  Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Almaniya, Macarıstan, Kosova, Çernoqoriya, Şimali Makedoniya, Polşa, Rumıniya və Slovenyanı da əhatə edən hərbi təlimlər avqust ayına qədər davam edəcək.

  “Defender Europe 2021” “soyuq müharibə”dən bu yana bölgədə təşkil edilən ən geniş manevrlərdən biri olacaq. Təxminən 31 min əsgərin qatılacağı hərbi təlimlər Rusiyanın təhdidi altında olduğu düşünülən Qərbi Balkanlar ilə Qaradənizdə “Təhlükəsizliyi təmin edəcək ortaq qoruma planının parçası” olaraq təqdim edilir.



Әlaqәli Xәbәrlәr