İsrail Qəzza zolağında əkin sahələrini yenə su altında qoyub

İsrailin su anbarlarının qapılarını açması nəticəsində Qəzza zolağında təxminən 700 hektar ərazi su altında qalıb.

1587882
İsrail Qəzza zolağında əkin sahələrini yenə su altında qoyub

İsrailin su anbarlarının qapılarını açması nəticəsində Qəzza zolağında təxminən 700 hektar ərazi su altında qalıb.

Qəzza zolağındakı Əkinçilik Nazirliyi İsrailin yağış suyunun toplandığı su anbarlarının qapağını açaraq yüzlərlə hektar ərazini su altında buraxması səbəbindən əkinçilik sektoruna təxminən 1,5 milyon dollar zərər dəydiyini açıqlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında İsrailin su anbarı qapılarını açmasından sonra 600-ü Qəzza şəhərinin şərqində, 100-ü Beyt Xanunun şərqində olmaqla Qəzza zolağında təxminən 700 hektar ərazinin su altında qaldığı bildirilib.

Açıqlamada İsrailin bir ayda iki dəfə Qəzza zolağının şərq sərhədi yaxınlığında əkin ərazilərini su altında qoyduğu və bunun insan haqları təşkilatlarına da bildirildiyi qeyd edilib:

“İsrailin Qəzzadakı əkinçilik sektoruna qarşı sui-istifadə hallarını dayandırmaq üçün dərhal müdaxilə edilməlidir”.

Qeyd edək ki, İsrail yağış suyundan istifadə etmək üçün su anbarları tikir. Ancaq qışda suyun səviyyəsi qalxdıqda, xəbərdarlıq edilmədən anbarların qapılarının açılması Qəzza zolağındakı fermerlərin ərazilərinə ziyan vurur.



Әlaqәli Xәbәrlәr