Nəhayət, Tramp camaatın qarşısına çıxacaq

Amerika siyasətini yaxından izləyən “The Hill” xəbər saytında "Tramp Ağ Evdən ayrıldığından sonra ilk dəfə ictimai platformada çıxış edəcək" yazıb

1587507
Nəhayət, Tramp camaatın qarşısına çıxacaq

 

  Amerika siyasətini yaxından izləyən “The Hill” xəbər saytında "Tramp Ağ Evdən ayrıldığından sonra ilk dəfə ictimai platformada çıxış edəcək" yazıb.

  Sabiq ABŞ prezidenti Donald Trampın bu ay Florida ştatının Orlando şəhərində Mühafizəkar Siyasi Hərəkat Birliyinin (CPAC) illik toplantısında danışacağı bildirilib, amma dəqiq tarix deyilməyib.

  Amerika Mühafizəkarlar Birliyinin ev sahibliyilə ediləcək yığıncaqda həftələr sonra ilk dəfə kameralar qarşısına çıxacaq D.Trampın Demokrat Partiyanın siyasəti, mühafizəkar hərəkatın gələcəyi, ölkə hazırki prezidenti Co Baydenin əfv və sərhəd siyasətlərindən danışacağı gözlənilir.

  Qeyd edək ki, Donald Tramp son dəfə 2020-ci ilin 20 yanvarında ABŞ-ın Demokrat Partiyadan prezidenti Co Baydenin andiçmə mərasimindən əvvəl, Ağ Evdən ayrılarkən həyat yoldaşı Melaniya Trampla kameralar qarşısında qısa bir vida çıxışı etmişdi.



Әlaqәli Xәbәrlәr