ABŞ-ın BMT-dәki daimi nümayәndәsi Rusiyaya çağırış edib

ABŞ-ın BMT-dәki Daimi Nümayәndәliyinin siyasi mәsәlәlәr üzrә koordinatoru Rodni Hanter Rusiyanın  Ukraynanın şәrqindәki separatçılara dәstәyi dayandırıb Krımın ilhaqına son qoymayacağı tәqdirdә  bu ölkәyә qarşı sanksiyaların davam edәcәyini bildirib.

1582148
ABŞ-ın BMT-dәki daimi nümayәndәsi Rusiyaya çağırış edib

 

Amerika Birlәşmiş Ştatlarının BMT-dәki Daimi Nümayәndәliyinin siyasi mәsәlәlәr üzrә koordinatoru Rodni Hanter Rusiyanın  Ukraynanın şәrqindәki separatçılara dәstәyi dayandırıb Krımın ilhaqına son qoymayacağı tәqdirdә  bu ölkәyә qarşı sanksiyaların davam edәcәyini bildirib.

BMT Tәhlükәsizlik Şurasının Ukraynanın şәrqindәki proseslәrin müzakirә edildiyi iclasında çıxış edәn Rodni Hanter Rusiyaya bölgәdәki tәcavüzkarlığına son qoyması ilә әlaqәdar çağırış edib.

Rusiya geri addım atmayacağı tәqdirdә Amerika Birlәşmiş Ştatlarının bu ölkәyә qarşı sanksiya tәtbiq etmәyә davam edәcәyini bildirәn Rodni Hanter  Rusiyaya 100-dәn çox ukraynalı siyasi mәhbusu azadlığa buraxması, Krım Tatarlarınına vә işğala müsbәt yanaşmayanlara qarşı yürütdüyü siyasәtә son qoyması ilә әlaqәdar çağırış edib.
Ukraynanın şәrqindәki Donbas bölgәsindә 2014-cü ildәn etibarәn dırnaqarası müstәqillik elan edәn separatçılar ilә Ukrayna ordusunun birliklәri arasında qarşıdurmalar davam edir.

 



Әlaqәli Xәbәrlәr