Myanmada hərbçilər 11 naziri və müavinlərini vəzifədən kənarlaşdırıb

Myanmada həyata keçirilən hərbi çevrilişdən sonra kabinetdəki 24 nazir və müavinləri vəzifədən kənarlaşdırılıb.

1575641
Myanmada hərbçilər 11 naziri və müavinlərini vəzifədən kənarlaşdırıb

Myanmada 8 noyabrda keçirilən ümumi seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə fevralın 1-də həyata keçirilən hərbi çevrilişdən sonra kabinetdəki 24 nazir və müavinləri vəzifədən kənarlaşdırılıb. 

Myanma ordusuna məxsus "Myawaddy" televiziyası hərbi rəhbərliyin keçmiş prezident Vin Myint hökumətindəki nazirləri istefaya göndərdiyini və ilk mərhələdə 11 yeni nazir təyin olunduğunu elan edib. 

Açıqlamada postlara yeni təyin olunan nazirliklər arasında xəzinə, səhiyyə, məlumat, xarici işlər, müdafiə, sərhəd təhlükəsizliyi və daxili işlərin də olduğu bildirilib.

Qeyd edək ki, fevralın 1-də Prezident Vin Myint, Xarici İşlər naziri və ölkənin faktiki lideri Aung San Suu Chii və hakim partiya Milli Demokratik Birliyinin (NLD) liderləri həbs olunublar.

Hökumət üzvlərinin tutulmasından bir neçə saat sonra ordunun "Myawaddy" televiziyasında ordunun hakimiyyəti ələ keçirdiyi və ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edildiyi açıqlanıb.

Ölkə rəhbərliyini təhvil alan Baş Qərargah rəisi Min Aung Hlaing fövqəladə vəziyyətin bitməsindən sonra demokratik seçkilərə qayıdılacağı vədini verib və NLD-nin lideri Suu Çii isə xalqı çevrilişə etiraz etməyə çağırıb.



Әlaqәli Xәbәrlәr