Fransada icazəsiz aksiyalar keçirilib

Fransada "Qlobal təhlükəsizlik haqqında" qanuna ediləcək dəyişikliyə qarşı icazəsiz aksiyalar keçirilib.

1574289
Fransada icazəsiz aksiyalar keçirilib

Fransanın paytaxtında və ölkənin digər şəhərlərində "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin bəzi maddələrinə edilən dəyişikliklərə etiraz olaraq icazəsiz aksiyalar keçirilib.

Aksiyaları zamanı 35 nəfər polis tərəfindən saxlanılıb. İki polis əməkdaşının yüngül xəsarət aldığı bildirilib.

Parisin “Place de la Republique” meydanında bir neçə etirazçı hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və digər əşyalar atıblar. Polis su toplarından istifadə edib.

Qeyd edək ki, etiraza səbəb "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə ediləcək dəyişikliyə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. 

Jurnalist həmkarlar ittifaqları və müxalifət tərəfindən qanuna edilən bu dəyişiklik söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

İnsan haqları təşkilatları həmin qanun maddəsinə ediləcək dəyişikliyə qarşı hər həftə aksiya keçirməyi planlaşdırır.

 



Әlaqәli Xәbәrlәr