Putin “Yeni START” müqüviləsinin müddətinin uzadılmasını tələb edib

Rusiya Prezidenti Vladimir Putin Yeni Strateji Silahların məhdudlaşdırılması müqaviləsinin (Yeni START) uzadılması qərarını dövlət dumasına təqdim edib.

1571959
Putin “Yeni START” müqüviləsinin müddətinin uzadılmasını tələb edib

Dumanın veb saytındakı məlumata görə, Putinin Dumaya təqdim etdiyi qərarda “Yeni START” müqaviləsinin 5 il uzadılması nəzərdə tutulur.

Dünən Kremlin yaydığı açıqlamada Putinlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Joe Biden arasında baş tutan telefon danışığında ‘Yeni START’ razılaşmasının müddətinin uzadılması mövzusunun müzakirə edildiyinə diqqət çəkildi.

Qeyd edək ki, ABŞ-ın 1991-ci ildə Keçmiş Sovetlər İttifaqı ilə və 1993-cü ildə isə Rusiya Federasiyası ilə imzaladığı Strateji Silahların İxtisarı Müqavilələrinin (START 1 və START 2) davamı hesab edilən “Yeni START” müqaviləsi, Vaşinqton-Rusiya arasında qüvvədə olan son nüvə razılaşmasıdır və bununla uzun mənzilli nüvə silahı başlıqları və raketlərin məhdudlaşdırılması məqsəd götürülüb. 5 fevral 2011-ci ildə qüvvəyə minən 10 illik müqavilənin müddəti 2021-ci ilin fevralında başa çatır.

 



Әlaqәli Xәbәrlәr