Canet Yellen maliyyə naziri oldu
ABŞ Konqresinin Senatı namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülmüş Canet Yellenin ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.
1571192
Senatın Baş Assambleyasında keçirilən səsvermə ölkənin qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.
ABŞ-ın ilk qadın maliyyə naziri olacaq 74 yaşlı Yellen yaxın vaxtlarda and içəcək.
Qeyd edək ki, 2014-cü ildə o, ölkənin Mərkəzi Bankı funksiyasını yerinə yetirən ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsində ilk qadın olmuşdu.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.