İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib

İspaniyanın paytaxtı Madriddəbinalardan birində güclü partlayış baş verib.

1567726
İspaniyanın paytaxtı Madriddə güclü partlayış baş verib

İspaniyanın paytaxtı Madriddə binalardan birində güclü partlayış baş verib.

Hadisə şəhərin Toledo küçəsində qeydə alınıb. Partlayış nəticəsində binanın bir çox mərtəbəsi dağılıb. Binanın digər mərtəbələri boşaldılıb. 

Polis qaynaqları yerli vaxtla saat 15:00 (Türkiyə vaxtı ilə 17:00) radələrində baş verən hadisədə ölən yaxud yaralanan olub olmadığı barədə hələ də məlumat verməyiblər.

Hadisənin başvermə səbəbi də hələ məlum deyil.

Şahidlər çox sayda yaralının olduğunu söyləyiblər.

Partlayışın baş verdiyi binanın qabağında dayanan avtomobillərin böyük hissəsinə ziyan deyib. 

Hadisənin baş verdiyi binanın yanında bir qocalarevi, məktəb və kilsənin yerləşdiyi bildirilib. 

Yerli KİV-də partlayış səbəbinin qaz sızması ola biləcəyi iddia edilib. 



Әlaqәli Xәbәrlәr