Qvatemala ordusu honduraslı qaçqınlara sәrt müdaxilә edib
Hondurasdan Meksikaya daha sonra isә Amerika Birlәşmiş Ştatlarına keçmәk istәyәn 9 mindәn çox qaçqınla Qvatemala ordusu arasında qarşıdurma olub.
Hondurasdan Meksikaya daha sonra isә Amerika Birlәşmiş Ştatlarına keçmәk istәyәn 9 mindәn çox qaçqınla Qvatemala ordusu arasında qarşıdurma olub.
Yerli media orqanlarının yaydığı mәlumata әsasәn, Hondurasın San Pedro Sula şәhәrindәn yanvarın 13-dә yola düşәn minlәrlә qaçqın Qvatemalanın Chiquimula şәhәrinin Vado Ancho qәsәbәsindә Qvatemala ordusu tәrәfindәn dayandırılıb.
Mәlumata görә, Qvatemala ordusu qaçqınlara gözyaşardıcı qazla müdaxilә edib, nәticәdә çox sayda adam yaralanıb.
Milli Köç İnstitutu Qvatemalaya daxil olan qaçqınların sayının 9 mindәn çox olduğunu vә baş verәn hadisәlәr nәticәsindә çox sayda adamın yaralandığını açıqlayıb.
Digәr tәrәfdәn Meksika qaçqınların ölkәyә qeyri-qanuni şәkildә daxil olmasına icazә vermәyәcәyini vә sәrhәddә tәhlükәsizlik tәdbirlәrini güclәndirmәklә bağlı qәrar qәbul etdiyini bildirib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb