Emmanuel Makronun prezident Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktub

Makron prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərərək, 2021-ci ildə Avropanın sabitliyinə Türkiyənin dəstəyini gözlədiyini bildirib.

1564685
Emmanuel Makronun prezident Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktub

Fransa prezidenti Emmanuel Makronun prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərərək, 2021-ci ildə Avropanın sabitliyinə Türkiyənin dəstəyini gözlədiyini söylədiyi ​bildirilib.

"L'Opinion" qəzetinin xüsusi xəbərinə görə, Makron yeni növ koronavirusa (Covid-19) yoluxduğu günlərdə prezident Ərdoğanın 19 dekabrda ona göndərdiyi "keçmiş olsun" məktubuna cavab olaraq yazdığı məktubda səmimi ifadələr işlədib.

Məktubu türkcə olaraq "Hörmətli Tayyip" xitabıyla başlayan Fransa prezidenti Türk xalqına və prezident Ərdoğana ən xoş arzularını çatdırıb.

"Covid-19" epidemiyasına qarşı birgə mübarizəyə ehtiyac olduğu barədə Ərdoğanla həmfikir olduğunu ifadə edən Makron bu mövzuda və xüsusilə Avropa İttifaqı (Aİ) və Türkiyə arasındakı əlaqələrin gələcəyini müzakirə etməkdən məmnun olacağını bildirib.

Macron "Ümid edirəm ki, 2021-ci il Avropa qitəsinə Türkiyənin müsbət töhfələrilə sabitlik ili olacaq" ifadəsini işlədib.

İki liderin yaxın zamanda videokonfrans formatında görüşü keçirəcəyi bildirilib.

Xəbərdə ayrıca Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında prezident Ərdoğanın fransalı həmkarının görüş tələbini rədd etdiyindən bəhs edilərkən, 15 aylıq gərginlikdən sonra 2020-ci il dekabr ayının ortalarında əlaqələrin yumşalmağa başladığı da qeyd edilib.



Әlaqәli Xәbәrlәr