ABŞ Kubanı “terroru dəstəkləyən ölkələr” siyahısına salıb

Amerika Birləşmiş Ştatları Kubanı “terroru dəstəkləyən ölkələr” siyahısına yenidən əlavə etdi.

1561924
ABŞ Kubanı “terroru dəstəkləyən ölkələr” siyahısına salıb

Amerika Birləşmiş Ştatları Kubanı “terroru dəstəkləyən ölkələr” siyahısına yenidən əlavə etdi.

ABŞ Prezidenti Donald Tramp rəhbərliyi sələfi Barak Obamanın münasibətləri normallaşdırma prosesində “terroru dəstəkləyən ölkələr siyahısından” çıxardığı Kubaya qarşı gethagetdə bir addım atıb.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo verdiyi yazılı açıqlamada “Dövlət Departamenti terrorçulara sığınacaq verərək beynəlxalq terror fəaliyyətlərini dəstəklədiyinə görə Kubanı terroriu dəstəkləyən ölkə kimi təqdim edib” ifadəsini səsləndirib.

Tramp administrasiyasının əvvəldən Kubanın xalqla rəftarı və Venesuela başda olmaqla, Amerika qitəsindəki fəaliyyətlərinə münasibətdə addımlar atdığını xatırladan Pompeo “Bu addımla biz bir daha Kuba hökumətindən hesab verməsini istəyirik və onlara açıq mesaj göndəririk: “Kastro rejimi beynəlxalq terrora dəstəyini dayandırmalı və ABŞ ədalətinin pozulmasına son qoymalıdır” deyib.

Kubanın on illərdir başda ABŞ olmaqla, bir çox ölkənin məhkəməsindən qaçan cinayətkarlara ev sahibliyi etdiyini müdafiə edən Pompeo “Bugünkü təqdimat Kuba ilə spesifik sahələrdə ticarət edən ölkələrə və şəxslərə qarşı cinayət əməli tətbiq etməklə Kubanı sanksiyalara məruz qoyur; ABŞ-ın (Kubaya dair) xarici yardımlarına məhdudiyyət, (Kuba, eləcə də əlaqəli ölkələr və təşkilatlar) müdafiə ixracatı və satışlarını qadağan edir və ikili istifadə mallarına aid bəzi ixrac məhdudiyyətləri qoyur” deyə bildirib.

Sabiq Prezident Obama Kubanı 29 may 2015-ci ildə terroru dəstəkləyən ölkələr siyahısından çıxarmışdı.

Sudanın ötən həftələrdə çıxarıldığı terroru dəstəkləyən ölkələr siyahısında İran, Kuba, Şimali Koreya və Suriya yer alır.

Kuba isə terrora dəstək verən ölkələr siyahısına əlavə olunması səbəbilə ABŞ-ı qınayıb. 

Bununla bağlı məlumatı həmin ölkənin xarici işlər naziri Bruno Rodrigez sosial media hesabında yazıb.

Nazir ABŞ-ın bu siyasi "fürsətçiliyinin" terrorun verdiyi zərərlər səbəbilə həqiqətdən nigaran olanlar və terror qurbanları tərəfindən fərq edildiyini bildirib. 



Әlaqәli Xәbәrlәr