Yunanıstan ilə İsrail arasında müdafiə sənayesi sahəsində saziş imzalanıb

İsrailin Müdafiə Nazirliyi Yunanıstanın İsrail ilə reallaşdıracağı 1,68 milyard dollarlıq 20 il müddətli müdafiə sazişini təsdiqlədiyini bəyan edib.

1557923

Müdafiə Nazirliyi tərəfindən verilən bəyanatda rəsmi Afinanın İsraildən təlim təyyarəsi alması və  israilli firmanın Yunanıstanda uçuş məktəbi qurmasını nəzərdə tutan müdafiə sazişini təsdiqlədiyi bildirilib. 

Saziş çərçivəsində israilli müdafiə sənaye şirkəti "Elbit Systems" Yunanıstan Hava Qüvvələri üçün uçuş məktəbi quracaq və fəaliyyət göstərəcək.

Müdafiə sazişində ayrıca İsrailin Yunanistana 10 ədəd "M-346" təlim təyyarəsi satması, "Elbit Systems"in "T-6 Efroni" təyyarələrinə texniki xidmət və simulyatorlara dəstək təmin etməsi kimi maddələr də yer alıb.

Yunanıstanın təsdiqlədiyi 20 illik müqavilənin iki ölkə arasında bu günə qədər imzalanmış ən böyük müdafiə müqaviləsi olduğu ifadə edilib.

Әlaqәli Xәbәrlәr