Almaniyada mәscidә ikinci dәfә hücum edilib

Almaniyanın Baden-Vurtenburq әyalәtinin Sontheim bölgәsindәki  məscidə hücum olunub.

1555917
Almaniyada mәscidә ikinci dәfә hücum edilib

 

Almaniyanın Baden-Vurtenburq әyalәtinin Sontheim bölgәsindәki  məscidə hücum olunub.  Mәlumata görә,Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) tabe olan Fatih Məscidinə yeni ilin ilk günü edilәn hücum nәticәsindә mәscidә ciddi ziyan dәyib. Hadisәnin yerli vaxtla saat 04.30 radәlәrindә baş verdiyi bildirilir.

Naməlum şəxslər məscidin qarşısındakı taxta dəzgahla pəncələri sındırıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, həmin məscidə 18 dekabrda hücum olunmuş, divarına xaç işarəsi həkk edilmişdi.

 



Әlaqәli Xәbәrlәr