ABŞ prezidenti Tramp Modi, Morrison ve Abeni medalla təltif edib

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş Naziri Narendra Modi, Avstraliyanın Baş Naziri Scott Morrison və Yaponiyanın keçmiş Baş Naziri Abe Shinzo-nu Ləyaqət Medalı ilə təltif edib.

1549894
ABŞ prezidenti Tramp Modi, Morrison ve Abeni medalla təltif edib

Vaşinqtonda təşkil edilən mərasimdə medallar Hindistan, Avstraliya və Yaponiyanın səfirlərinə təqdim edilib. ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Robert Obrayn, "Twitter" hesabında yaydığı açıqlamada: “Hindistan Baş naziri Modi ABŞ və Hindistan arasındakı strateji tərəfdaşlığı inkişaf etdirdiyinə görə ləyaqət medalı ilə təltif olunub”.

Obrayn qeyd edib ki, Avstraliyanın Baş Naziri Morrison və Yaponiyanın keçmiş Baş Naziri Abe də təqdirə şayan xidmətlərinə görə mükafatlandırılıb.



Әlaqәli Xәbәrlәr