Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 638 mini keçib.

1546208
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir
korona 121.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 638 mini keçib. İnfeksiyaya yoluxanların sayı 73 milyon 678 mindәn, virusdan müalicә olunaraq sağalanların sayı da 51 milyon 675 mindən yuxarıdır.

İtaliyada son 24 saat әrzindә 846 nәfәr infeksiyanın qurbanı olub. Bununla da ölkәdә "Covid-19" infeksiyasından ölәnlәrin sayı 65 min 857-yә çıxıb. Virusun yoluxduğu insan sayı isә 14 min 844 artımla bir milyon 870 min 576 olub. 
İspaniyada rəsmi olaraq 1,75 milyon koronavirusa yoluxma faktı təsdiqlənib. Bu günə qədər ölənlərin sayı 48 min nəfərə çatıb.

İspaniya vətəndaşlarının hər 10 nəfərdən birinin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb.

21 nəfər Tunisdə, 11 nəfər İraqda, 5 nəfər Liviyada, 4 nəfər Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), 3 nəfər Omanda, bir nəfər isə Küveytdə infeksiyadan həyatını itirib. Beləliklə, epidemiyada həyatını itirənlərin sayı Tunisdə 3 min 915, İraqda 12 min 614, Omanda  min 475, Liviyada min 319, Küveytdə 913, BƏƏ-də 622 nəfər olub.

Almaniyada son 24 saat ərzində yeni növ koronavirus infeksiyasından ölüm sayında rekord göstərici qeydə alınıb.

Son 24 saat ərzində 952 nəfər koronavirusdan vəfat edib. Bu, ölkədə indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Son 24 saat ərzində koronavirusa yoluxanların sayı isə 27 min 728 nəfər olub. Almaniyada indiyə qədər ümumilikdə 1 milyon 379 min 238 nəfər koronavirusa yoluxub, onlardan bir milyondan çoxu artıq sağalıb, 23 min 427 nəfər isə vəfat edib.



Әlaqәli Xәbәrlәr