Dünyada koronavirusa yoluxanların sayı 71 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 71 milyon 438 min nəfərə yüksəlib.

1544072
Dünyada koronavirusa yoluxanların sayı 71 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 71 milyon 438 min nəfərə yüksəlib. Müxtəlif ölkələrin statistikasına görə, dünyada 1 milyon 601 min insan infeksiyanın qurbanı olub, eyni zamanda virusa yoluxmuş 49 milyon 638 mini insan sağalıb.

ABD-da 302 min 757 nəfər koronavirusun qurbanı olub. Virusun yoluxduğu insan sayı isə 16 milyon 295 minə yüksəlib.

Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində ölkədə 672 nəfərin ölümü ilə "Covid-19" qaynaqlı ölənlərin sayı 180 min 437-ə, 54 min 428 yeni yoluxmanın aşkarlanması ilə xəstələrin sayı 6 milyon 836 min 227-yə çıxıb.

İngiltərədə virus səbəbiylə insan itkisi 63 min 506-ya yüksəlib. Ölkədə virusun yoluxduğu insan sayı bir milyon 809 min olub.

İtaliyada "Covid-19"dan ölənlərin sayı son 24 saatda 761 artaraq 63 min 387, yoluxma faktlarının sayı isə 18 min 727 artaraq 1 milyon 805 min olub.

Fransada "Covid-19"dan ölənlərin sayı 57 min 567-ə yüksəlib. Virus aşkarlanan insan sayı 2 milyon 351 minə yüksəlib.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 142 min 662, infeksiyaya yoluxanların sayı isə 9 milyon 827 mini keçib.

İranda "Covid-19" səbəbiylə ölənlərin sayı 51 min 727 olub. Ölkədə virusun yoluxduğu insan sayı da artaraq 1 milyon 92 minə çatıb.

 



Әlaqәli Xәbәrlәr