Әfqanıstanda minalanmış avtomobil ilә hücum törәdilib, ölәnlәr var

Әfqanıstanın Qәznә vilayәtindә hәrbi mәntәqәyә minalanmış avtomobil ilә hücum tәşkil edilib. Hücum nәticәsindә 3 әsgәr hәyatını itirib.

1542155

Qәznә Valiliyinin sözçüsü Vahidullah Cumazadeh tәcavüzkarın minalanmış avtomobil ilә Qәznәnin Molla Nuh Baba bölgәsindәki hәrbi mәntәqәni hәdәf aldığını söylәyib.

Cumazadeh hücumda üç әsgәrin hәyatını itirdiyini, ikisinin dә yaralandığını bildirib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Әlaqәli Xәbәrlәr