Dərman preparatları daşıyan Türk gəmisi təlimatları yerinə yetirmədiyi iddiası ilə saxlanılıb

Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan bir Türk gəmisi təlimatları yerinə yetirmədiyi iddiası ilə 9-u türk olan 17 heyət üzvü ilə Xəlifə Hafter qüvvələri tərəfindən saxlanılıb.

1541423

Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterin sözçüsü Əhməd El-Mismarinin sosial media hesabından verdiyi açıqlamaya görə, Yamayka bayrağı altında üzən Türkiyəyə məxsus "Mebruka" adlı ticarət gəmisi  "qadağan olunan əraziyə girib və  təlimatlara əməl etmədi”yi iddası ilə Haftar milisləri tərəfindənR as el-Hilal limanına çəkilərək orada saxlanılıb.

Açıqlamada heyət üzvündə 9 Türk, 7 Hindistan və bir Azərbaycan vətəndaşı olan və marşrutu Misrata olan gəminin "dənizçilik qaydaları və qanunlarına zidd hərəkət etdiyi üçün istintaq və nəzarət altında olduğu"  qeyd edilib.

Bundan əlavə, Mismari "El-Hades" televiziya kanalına verdiyi açıqlamada gəminin Misrataya aparılması üçün dərman preparatı daşıdığıın, ancaq "qadağan etdikləri" əraziyə girdiyini söyləyib.

Digər tərəfdən, gəmi operatorlarının gəmini saxlayan tərəflərlə əlaqə qurduğu və heyət üzvlərinin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Vəziyyətin həmin bölgədəki digər gəmilərə tətbiq olunduğuna diqqət çəkən qaynaqlar gəminin ələ keçirilməsi kimi bir şeyin olmadığını və səhv bölgəyə girdiyinə görə bir cəzanın nəzərdə tutulduğunu ifadə ediblər.

Әlaqәli Xәbәrlәr