Dünyada koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 63 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 44 milyonu  keçib.

1537883
Dünyada koronavirusla bağlı son vәziyyәt

 

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 63 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 44 milyonu  keçib.

İngiltərədə koronavirus qurbanlarının sayı 24 saat ərzində 603 artaraq   59 min 51-ə, infeksiyaya yoluxanların sayı isә 13 min 430 artaraq  bir milyon 643  min 86-ya yüksәlib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 758 artaraq  56 min 361-ә, infeksiyaya yoluxanların sayı da 19 min 350 artaraq bir milyon 620  min 901-ә çatıb.

Fransada epidemiya qurbanlarının sayı  gün әrzindә 365  artaraq 53 min 506-ya yüksәlib. Ölkәdә virusa yoluxanların sayı 2 milyon 230 min 571-ә  çatıb.

İspaniyada koronavirusdan ölәnlәrin sayı günәrzindә 442 artaraq 45 min 511-ә, infeksiyaya yoluxanların sayı da 8 min 257 artaraq bir milyon 656 min 444-ә yüksәlib.

Portuqaliyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 72 artaraq 2 min 401-ә, infeksiyaya yoluxanların sayı da 4 min 577 artaraq 300 min 462-yә çatıb. Bu barәdә Portuqaliya Sәhiyyә Nazirliyi mәlumat yayıb.

İsraildә koronavirus qurbanlarının sayı 2 min 867-yә, infeksiyaya yoluxanların sayı da 337 min 422-yә çatıb.
Mәrkәzi İsveçrәnin  Cenevrә şәhәrindә yerlәşәn ‘‘Press Emplem Campaign’’ adlı qeyri- hökumәt tәşkilatı mart ayından etibarәn epidemiya sәbәbindәn 500 jurnalistin öldüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr