ÜST koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edib

Hazırda Avropa ölkələri lazımi infrastrukturu qurmasalar, gələn ilin əvvəlində onları koronavirusun üçüncü dalğası gözləyir.

1532391
ÜST koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edib

Hazırda Avropa ölkələri lazımi infrastrukturu qurmasalar, gələn ilin əvvəlində onları koronavirusun üçüncü dalğası gözləyir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Devid Nabarronun xəbərdarlıq edib.

Bildirib ki, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. "Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar", - deyə D.Nabarro qeyd edib.

ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.

Nabarro Asiya ölkələrində insanların Avropa ilə müqayisədə epidemiyanı nəzarətdə saxlamaq üçün maskalar və gigiyena tədbirləri ilə məsafəyə daha yaxşı əməl etdiklərini vurğulayıb.
İsveçrədəki Federal hökumət ölkə daxilində karantin tətbiq etməsə də, bəzi kantonlar qismən karantin tədbirləri almışdı.
ÜST-nin həftə ərzində yaydığı açıqlamada təşkilatın mərkəzi qərargahının da yerləşdiyi Cenevrə və qonşu Vaud kantonlarında dünyadakı ən böyük kütləvi yoluxmanın qeydə alındığı diqqətə çatdırılıb.



Әlaqәli Xәbәrlәr