Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 392 mini keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 394 min 782-ni keçib.

1532302
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 392 mini keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 394 min 782-ni keçib. İnfeksiyaya yoluxanların sayı 59  milyon 56 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 40 milyon 821 mini keçib.

Rusiyada son 24 saat ərzində daha 25 173 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların 2 114 502 nəfərə çatıb.

Son 24 saat ərzində 361 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 36 540 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Braziliyada son sutka ərzində daha 18 615 nəfərin koronavirus infeksiyasına yoluxması, 194 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 6 071 401 nəfər yoluxub. Bu müddət ərzində 169 183 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 432 505 xəstə müalicə olunaraq sağalıb.

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 28 337 nəfər artıb.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 562 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 49 823 nəfərə çatıb. Ölkədə hazırda 805 947 aktiv koronavirus xəstəsi var, onlardan 3801-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 408 868 nəfərdən 553 098 nəfər sağalıb.

Hindistanda "Covid-19"dan insan itkisi 133 min 773-ə, yoluxanların sayı 9 milyon 140 min 312-yə yüksəlib.
Virus səbəbiylə Qəzzada ölənlərin sayı 65, hadisələrin sayı isə 14 min 768 olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Covid-19" infeksiyasının səbəb olduğu xəstəlik sayının artması səbəbindən Qəzzadakı sağlamlıq sisteminin çökə biləcəyi xəbərdarlığını edib.
Yaponiyada "Covid-19" infeksiyası qurbanlarının sayı 2 mini keçib. Ölkə daxilində gündəlik yoluxma faktı sayının 2 mindən çox olmasından sonra  daxili turizmin canlandırılması istiqamətində verilən "Səyahət" və "Yeməyə Get" dəstəkləri dayandırılacaq.
Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 49 min 802, virusa yoluxanların sayı isə 2 milyon 82 min 702 nəfərə yüksəlib.
Qitədə "Covid-19"dan qaynaqlanan ən çox insan itkisi 20 min 903 ölümlə Cənubi Afrikada qeydə alındıqda Misirdə 6 min 548, Mərakeşdə isə 5 min 316 nəfər həyatını itirib. 



Әlaqәli Xәbәrlәr