Şeyx Təmim bin Həmmad Əl Sani Mayk Pompeonu qəbul edib

Bu barədə QNA xəbər agentliyi məlumat yayıb.

1531926
Şeyx Təmim bin Həmmad Əl Sani Mayk Pompeonu qəbul edib

Qətər Əmiri Şeyx Təmim bin Həmmad Əl Sani Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeonu qəbul edib. 

Qətərin rəsmi QNA xəbər agentliyinin yaydığı məlumata görə, görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunub. Görüşlə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo daha əvvəl Türkiyə və Fransanın da aralarında olduğu Avropa ilə Yaxın Şərq ölkələrinə səfər etmişdi. 


Etiketlәr: #ABŞ , #Qətər , #Mayk Pompeo

Әlaqәli Xәbәrlәr