İsrail qüvvələri İordan çayının qərb sahilində keçirilən nümayişlərə müdaxilə edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki qanunsuz yəhudi məskunlaşmaları və Ayrılıq Divarını etiraz edən fələstinlilərə müdaxilə edib.

1531468

Şahidlərdən əldə edilən məlumata görə, İsrailin İordan çayının qərb sahilində tikdiyi yaşayış məntəqələrini  etiraz etmək istəyən fələstinlilər Ramallah şəhərinin Kefr Malik qəsəbəsində  nümayiş təşkil ediblər.
Şahidlər İsrail qüvvələrinin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və həqiqi və plastik güllələrdən istifadə etdiklərini və fələstinlilərin əsgərlərə daş ataraq cavab verdiklərini söyləyiblər.
Şahidlər İsrail əsgərlərinin istifadə etdikləri rezin güllələrdən bir fələstinlinin yaralandığını və onlarla nümayişçinin bibər qazından təsirləndiyini qeyd ediblər.

Әlaqәli Xәbәrlәr