T. Qebreyesus: "Yeni növ koronavirusun müalicə növlərinə qarşı "ehtiyatlı nikbinlik" içindəyik"

Tedros Adhanom Qebreyesus qarşıdan gələn aylarda təqdim ediləcək yeni növ koronavirus (Covid-19) müalicə növlərinə qarşı "ehtiyatlı bir nikbinlik" içində olduqlarını ifadə edib.

1528900
T. Qebreyesus: "Yeni növ koronavirusun müalicə növlərinə qarşı "ehtiyatlı nikbinlik" içindəyik"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus qarşıdan gələn aylarda təqdim ediləcək yeni növ koronavirus (Covid-19) müalicə növlərinə qarşı "ehtiyatlı bir nikbinlik" içində olduqlarını ifadə edib.
Qebreyesus son zamanlarda "ürəkaçan" xəbərlər almasına baxmayaraq "Covid-19" infeksiyasına qarşı peyvənd ilə əlaqədar "ehtiyatla nikbinlik" içində olduqlarını söyləyib.
Qebreyesus ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında video konfranslardanformatında epidemiya mütəxəssisləri iləgörüş keçirib.
"Covid-19" ilə mübarizənin "həyat və dolanışıq" arasındakı seçim olmadığını vurğulayan Qebreyesus "İqtisadiyyatların qarşısındakı maneələri qaldırmağın ən sürətli yolu virusu məğlub etməkdir" deyib. 
Qebreyesus şimal yarımkürəsindəki hadisələrin artdığını qeyd edərək, "Hazırda bəzi ölkələrdə gördüyümüz hadisələrin artması bizi son dərəcə narahat edir. Xüsusilə Avropa və Amerikada səhiyyə işçiləri və sağlamlıq sistemləri qırılma nöqtəsinə doğru irəliləyirlər" xəbərdarlığı edib.



Әlaqәli Xәbәrlәr