Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 318 min nəfəri, infeksiyaya yoluxanların sayı 54 milyon 344 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 37 milyon 878 mini keçib.

1527955
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 319 min 946 nəfəri, infeksiyaya yoluxanların sayı 54 milyon 427 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 37 milyon 948 mini keçib.

251 min 256 nəfərin virus səbəbiylə öldüyü ABŞ-da virusa yoluxan insanların sayı 11 milyon 226 min 200-ü keçib.
İtaliyada epidemiyadan ölənlərin sayı son 24 saat ərzində 544 artaraq 44 min 683, virusa yoluxanların sayı 37 min 255 artaraq 1 milyon 144 min 552 nəfərə çatıb. Kampania və Toskana bölgələri orta riskli sarıdan çox yüksək riskli qırmızı kateqoriyaya, Emilia Romagna, Friuli Venezia Giulia və Marche bölgələri sarıdan orta-yüksək riskli narıncı kateqoriyaya keçirilib. Bu bölgələrdə risk kateqoriyalarına görə qəbul olunan yeni tədbirlər bu gündən etibarən qüvvəyə minəcək.
Fransada insan itkisi 44 min 246, virusa yoluxmuş insanların sayı 1 milyon 954 min 599 olub.
Min 746 nəfərin öldüyü, yoluxan insanların sayının isə 198 min 291 olaraq qeydə alındığı Avstriyada təqribən 2 həftədir tətbiq edilən qismi karantinə baxmayaraq "Covid-19" hadisələrinin azaldıla bilməməsindən sonra hökumət yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Baş nazir Sebastian Kurz məhdudiyyətlərin çərşənbə axşamı günündən etibarən qüvvəyə minəcəyini və hazırda 20: 00-6: 00 (yerli vaxtla) arasında qüvvədə olan küçəyə çıxma məhdudiyyətlərinin günə yayılacağını söylədi. Məhdudiyyətlərin 6 dekabr tarixinədək davam edəcəyini bildirən Kurz uşaq bağçaları da daxil olmaqla bütün məktəblərin müvəqqəti bağlanacağını və universitet və liseylərdə olduğu kimi ibtidai və orta məktəblərdə onyaln təhsilə başlanacağını bildirib. 
Almaniyada  ölənlərin sayı 12 min 619, "Covid-19" diaqnozu qoyulanların sayı isə 788 min 889 nəfər olub. Hökümət tərəfindən həyata keçirilən "Covid-19" tədbirləri bəzi şəhərlərdə etiraz edilərkən, polis Frankfurt şəhərinə etirazçılara müdaxilə edib və bəzilərini saxlayıb.

Rusiyada son 24 saat ərzində daha 22 572 nəfər yeni növ koronavirusa (Covid-19) yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların sayı 1 925 825 nəfərə çatıb.

Son 24 saat ərzində 352 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 33 186 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Latın Amerikası ölkələrində də insan itkisi və "Covid-19" hadisələri artmağa davam edir. Bəzi ölkələrdə vəziyyət belədir: Braziliya 165 min 658/5 milyon 848 min 959, Meksika 98 min 259 / bir milyon 3 min 253, Argentina 35 min 307 / bir milyon 304 min 846, Kolumbiya 33 min 829 / bir milyon 191 min 4, Peru 35 min 177/934 899 min, Çili 14 min 777/529 min 676, Ekvador 12 min 997/179 min 627.



Әlaqәli Xәbәrlәr