İngilis mətbuatı: Müharibə Qafqazda Türkiyənin təsirinin artdığını göstərdi

İngilis mətbuatı Azərbaycan və Ermənistan arasındakı razılaşmayla, Türkiyənin Rusiyanın “arxa cəbhəsində” mövqeyini möhkəmləndirdiyini və Moskvanın regionda yeganə güc olmadığını göstərdiyini yazıb.

1527012
İngilis mətbuatı: Müharibə Qafqazda Türkiyənin təsirinin artdığını göstərdi

İngilis mətbuatı Azərbaycan və Ermənistan arasındakı (Dağlıq Qarabağ) razılaşmayla, Türkiyənin Rusiyanın “arxa cəbhəsində” mövqeyini möhkəmləndirdiyini və Moskvanın regionda yeganə güc olmadığını göstərdiyini yazıb.

“Financial Times” qəzetində yer alan bir xəbərdə “Türkiyənin dəstəyi ilə Azərbaycanın əldə etdiyi müvəffəqiyyətin miqyası (Rusiya Prezident Administrasiyası) Kremlin geosiyasi arxa cəbhə olaraq gördüyü Qafqazda Ankaranın yeni aşkarlanan təsirini gücləndirdi” deyilir.

"BBC" də internet saytında beyin mərkəzi olan "Carnegie" Moskva Mərkəzindən Alexandr Gabuevin bir məqaləsinə yer verib.

Yazıda Türkiyə üçün Qarabağdakı müharibənin strateji əhəmiyyətə malik Cənubi Qafqazda artan rolunu göstərən bir vitrin olduğu deyilir.

Türkiyə ordusunun qalib gələn Azərbaycan ordusunu yetişdirdiyi və təchiz etdiyi qeyd edilən məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana diplomatik dəstəyini açıq şəkildə ifadə etdiyinə diqqət çəkilib.

Qələbənin Türkiyənin bölgədə əhəmiyyətli dərcədə nüfuz qazandığını aşkara çıxardığı vurğulanan yazıda “Moskvanın diplomatik qələbəsinin bir əvəzi var. Müharibə Qafqazda Türkiyənin təsirinin artdığını və Rusiyanın artıq regiondakı yeganə böyük güc olmadığını göstərdi” ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr