ABŞ-da hazırda səslərin hesablanması davam edir

ABŞ-da ümumi seçkilərdən bir gün sonra qeyri-müəyyənlik mühiti davam edir.

1521982
ABŞ-da hazırda səslərin hesablanması davam edir

ABŞ-da ümumi seçkilərdən bir gün sonra qeyri-müəyyənlik mühiti davam edir.

Səslərin sayılması bir sıra əsas ştatlarda hələ də davam edir.

Namizədlərdən hansının (respublikaçı Donald Tramp və ya demokrat Cozef Bayden) qalib olmaq üçün 270 seçici səsini toplayacağı bəlli deyil.

ABŞ-ın interaktiv xəritəsində Miçiqan (16 seçici), Pensilvaniya (20 seçici), Şimali Karolina (15 seçici), Corciya (16 seçicilər), Nevada (6 seçici) və Alyaska (3 seçici) ştatları hələ də partiya rənglərinə boyanmayıb - Respublikaçılar üçün qırmızı, Demokratlar üçün mavi rəng.

Məlumata əsasən, hələki C.Bayden 248, Donald Tramp isə 214 səs toplayır.

ABŞ prezidenti Donald Tramp iddia edib ki, dörd əsas ştatda keçirilən prezident seçkilərində qalib gəlib.

Bu barədə o, özünün tvitterdəki səhifəsində yazıb.

Respublikaçıların namizədi qeyd edib ki, Pensilvaniyada, Corciyada, Şimal Karolinada və ehtimal ki, Miçiqanda keçirilən səsvermələrin qalibi olub. "Bundan başqa, biz Miçiqan ştatında qələbə haqqında bildiririk, bu haqda geniş bildirildiyi kimi, əgər orada gizli atılmış bülletenlərin sayı çox idisə!" - Tramp tvitterdə yazıb.

ABŞ prezidentliyinə Demokratlardan olan namizəd Co Bayden seçkilərdən sonra fikir ayrılıqlarının unudulmasına çağırıb və yalnız ona səs verənlər üçün deyil, hər kəs üçün gərgin şəkildə çalışacağına dair söz verib.



Әlaqәli Xәbәrlәr