Dünyada koronavirusla bağlı son vәziyyәt (31 oktyabr)

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyonu, infeksiyaya yoluxanların sayı 45 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 33 milyonu keçib.

1519227
Dünyada koronavirusla bağlı son vәziyyәt (31 oktyabr)

 

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyonu, infeksiyaya yoluxanların sayı 45 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 33 milyonu keçib.

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı da 9 milyonu keçib.

İngiltәrәdә koronavirusdan ölәnlәrin sayı 46 mini, virusa yoluxanların sayı da 900 mini keçib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 217  artaraq 38 min 321-ә, infeksiyaya yoluxanların sayı isә 646  min 674-ә  yüksәlib.

Fransada koronavirus qurbanlarının sayı 36  min 565-ә, infeksiyaya yoluxanların sayı da 1 milyon 331  minә yüksәlib. Qeyd edәk ki, Fransa prezidenti Emmanuel Makron virusun yayılması sәbәbindәn ölkәdә milli karantin rejimi elan etdi.Oktyabrın 30-dan dekabrın 1-dәk ölkәdә komendant saatı tәbiq olunacaq.

İspaniyada koronavirus qurbanlarının sayı 35 min 878-ә, infeksiyaya yoluxanların sayı da 23 min 580 artaraq 1 milyon 264  minә çatıb.Ölkәdә fövqәladә vәziyyәt rejiminin müddәti 9 mayadәk uzadılıb.

Portuqaliya Sәhiyyә Nazirliyi ölkәdә  indiyәdәk virusdan ölәnlәrin sayı 2 min 468-ә, infeksiyaya yoluxanların ümumi sayı isә 137  min 272-yә  çatıb

Belçikada koronavirusdan ölәnlәrin sayı 11 mini, epidemiyaya yoluxanların sayı da 400 mini keçib.

Polşada koronavirusdan vәfat edәnlәrin sayı 5 mini, infeksiyaya yoluxanların sayı da 300 mini ötüb.

Avstriyada koronavirus qurbanlarının sayının 82-yә, virusa yoluxanların sayı da 99 min 576-ya çatıb.

Macarıstanda koronavirusdan ölәnlәrin sayı 3 mini, infeksiyaya yoluxanların sayı da 71 mini keçib.

Çexiyada koronavirusdan hәyatını itirәnlәrin sayı 2 mini, infeksiyaya yoluxanların sayı da 300 mini keçib.

 



Әlaqәli Xәbәrlәr