Dünyada koronavirusdan ölәnlәrin sayı artıb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 42 milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 32  milyonu keçib.

1515400
Dünyada koronavirusdan ölәnlәrin sayı artıb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 42 milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 32  milyonu keçib.

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı da 8 milyonu keçib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı 44 min 745-ә, infeksiyaya yoluxanların sayı da 854 min 10-a yüksәlib.

İtaliyada koronavirus qurbanlarının sayı 37 min 210-a çatıb. Ölkәdә virusa yoluxanların sayı da 504 min 509-a yüksәlib. Paytaxt Romada koronavirus epidemiyası ilә әlaqәdar görülәn tәdbirlәrә qarşı keçirilәn etiraz aksiyasında 2 nәfәr yaralanıb, 10 nәfәr dә saxlanılıb.

Fransada koronavirus qurbanlarının sayı 34 min 645-ә, infeksiyaya yoluxanların sayı da  gün әrzindә 45 min 422-yә çatıb.

Argentinada koronavirusdan ölәnlәrin sayı 28 min 613-ә, virusa yoluxanların sayı da 1 milyon 81 min 336-ya yüksәlib. Ölkә prezidenti ölkәdә tәtbiq edilәn karantin rejiminin müddәtini noyabrın 8-dәk uzadıb.

Meksikada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 6 min 25 artaraq 88 min 743-ә, infeksiyaya yoluxanların sayı da 886 min 800-ә çatıb.

Kolumbiyada virusdan ölәnlәrin sayı gün әrzindә 198 artaraq 30 minә çatıb. Ölkәdә virusa yoluxanların ümumi sayı da 1 milyon 7 minә çatıb.

Peruda koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 62 artaraq 34 min 33-ә, infeksiyaya yoluxanların sayı da 1108 artaraq 886 min 214-ә çatıb.

Sloveniyada koronavirusdan ölәnlәrin sayı 235-ә, virusa yoluxanların sayı da 21 min 274-ә çatıb. Sloveniya xarici işlәr naziri Anze Koqarın yeni növ koronavirusa yoluxduğu bildirilib.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr