Avropa İttifaqına üzv dövlәtlәrin XİN rәhbәrlәri Dağlıq Qarabağdakı vәziyyәti müzakirә ediblәr

Avropa İttifaqına üzv dövlәtlәr Dağlıq Qarabağ böhranında regional aktyorların qarşururmaların dayanması vә sülhün tәmin olunmasına töhfә vermәlәrinin әhәmiyyәtini vurğulayıblar.

1507765
Avropa İttifaqına üzv dövlәtlәrin XİN rәhbәrlәri Dağlıq Qarabağdakı vәziyyәti müzakirә ediblәr

 

Avropa İttifaqına üzv dövlәtlәr Dağlıq Qarabağ böhranında regional aktyorların qarşıdurmaların dayanması vә sülhün tәmin olunmasına töhfә vermәlәrinin әhәmiyyәtini vurğulayıblar.

Avropa İttifaqına üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin Lüksenburqda keçirdiyi  iclasdan  sonra jurnalistlәrә bәyanat verәn Avropa ittifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Dağlıq Qarabağ problemini müzakirә etdiklәrini bildirib.

Dağlıq Qarabağ mәsәlәsindә ATӘT-in Minsk Qrupunun hәmsәdrlәrindәn Fransanın xarici işlәr naziri Jan İv Le Drianın son vәziyyәt haqqında mәlumat verdiyini bildirәn Borrel qarşıdurmaların dayanmasını, müzakirәlәrin yenidәn başlamasını vә 10 oktyabrda humanitar mәqsәdlәrlә elan edilәn atәşkәsә necә töhfә verә bilәcәklәrini müzakirә etdiklәrini söylәyib.

Borrel Avropa İttifaqına üzv dövlәtlәrin  regional aktyorların qarşıdurmaların dayanması vә sülhün tәmin olunmasına töhfә verilmәsi mәsәlәsindә razılıq әldә etdiklәrini deyib.


 



Әlaqәli Xәbәrlәr