Aİ: Dağlıq Qarabağ problemi yalnız Minsk Qrupunun səyləri ilə həll edilə bilər

C. Borrell Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun səyləri ilə mümkün ola biləcəyini bildirib.

1504553
Aİ: Dağlıq Qarabağ problemi yalnız Minsk Qrupunun səyləri ilə həll edilə bilər

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun səyləri ilə mümkün ola biləcəyini bildirib.
Borrell Avropa Parlamentinin Baş Məclisində Dağlıq Qarabağdakı vəziyyət və Azərbaycanla Ermənistan arasındakı münaqişələrə dair keçirilən iclasda iştirak edərək millət vəkillərinə məlumat verib.
Aİ-nin Dağlıq Qarabağdakı münaqişələrdən çox narahat olduğunu vurğulayan Borrell toqquşmaların dərhal sona çatdırılması və tərəfləri danışıqlara qayıtması üçün çağırışdıqlarını xatırladıb.
Borrell son 30 ildə aparılan danışıqların uğurlu olmadığını, ancaq probleminin həllinin hərbi yolla ola bilməyəcəyini dilə gətirib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsii altında danışıqlara qayıtmağın vacibliyinə işarə edən Borell mövzu haqqında indiyədək Azərbaycan və ermənistanlı həmkarları ilə telefon danışıqları apardığını, Türkiyənin Xarici İşlər naziri Mövlud çavuşoğlu və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla da danışdığını deyib.
Mülki əhalinin yaşadığı bölgələrə edilən hücumların olduğunu bildirən Borrell "Münaqişələr mülki şəxslərin ölməsinə səbəb olur. Biz tərəfləri mülki insanları qorumaq üçün beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq" deyib.
Bölgədə baş verənlər barədə çox şey bilmədiklərini söyləyən Borrell ATƏT-in sahədəki müşahidə missiyasının dayandırıldığını və bir çox əsassız xəbərin münaqişə bölgələrindən gəldiyini söyləyib.
Borrell Dağlıq Qarabağdan gələn xəbərlərin diqqətlə tədqiq edilməsi və və təsdiqlənməsinin vacibliyinə işarə edib.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəyini bildirən Borrell problemin yalnız Minsk qrupunun səyləri ilə həll edilə biləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr