Dünyada koronavirusa yoluxanların sayı artıb

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 35  milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 25 milyonu keçib.

1502377
Dünyada koronavirusa yoluxanların sayı artıb

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyonu, virusa yoluxanların sayı 35  milyonu,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 25 milyonu keçib.

Epidemiyanın mәkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında epidemiya qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı da 7 milyonu keçib. Yeni növ koronavirusa yoluxan ABŞ prezidenti Donald Tramp müalicә olunduğu xәstәxanasından xalqa müraciәt edib. Tramp vәziyyәtinin yaxşı olduğunu vә yaxın zamanda geri qayıdacağını bildirib.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә virusdan ölәnlәrin sayı gün әrzindә 49 artaraq 42 min 317-yә, infeksiyaya yoluxanların sayı da 12  min 872  artaraq 480  min 17-yә çatıb.

Hindistanda koronavirusdan ölәnlәrin sayı gün әrzindә 940 artaraq 101 min 812-yә, infeksiyaya yoluxanların sayı da 75 min 829 artaraq 6 minlyon 549 min 373-ә yüksәlib.

Sәudiyyә Әrәbistanında koronavirusdan ölәnlәrin sayı 4 min 850-yә, infeksiyaya yoluxanların sayı da 335 min 997-yә çatıb.

Afrika qitәsindә gün әrzindә koronavirusdan ölәnlәrin sayı 36 bin 399-a, infeksiyaya yoluxanların sayı da 514 min 844-ә çatıb

Tunisdә epidemiya qurbanlarının sayı 276-ya, infeksiyaya yoluxanların sayı da 20 min 944-ә çatıb. Ölkәdә koronavirusun yayılmasının qarşısını almaq mәqsәdilә yeni tәdbirlәr görülür.



Әlaqәli Xәbәrlәr