Lukaşenko andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb

Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.

1496007
Lukaşenko andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb

Belarusda Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Paytaxt Minskdə yerləşən Müstəqillik Sarayında keçirilən andiçmə mərasimində çıxış edən Lukaşenko deyib:

"Qlobal bir böhranın astanasında olan bir vaxtda ölkədəki təhlükəsizliyi bərpa etməliyik".

Lukaşenko belaruslulara təşəkkür edərək bildirib ki, sadəcə öz siyasi əqidələrini deyil, həm də talelərini, övladlarının gələcəyini dövlətin siyasi kursu ilə bağlayan, Belarus üçün belə çətin bir dövrdə ölkəyə və xalqına sadiq qalanları tərk etmək haqqım yoxdur. Onlar pandemiya təhlükəsi ilə qəhrəmanlıqla qarşı-qarşıya qalan, ən yaxşı peşəkar və insani keyfiyyətlərə malik olan, cəmiyyətin dezoriyentasiyası zamanı sağlam düşüncəni qoruyan insanlardır. Dövlət qulluqçuları və rütbəlilər dözümlülük, kişilik və möhkəmlik nümayiş ediblər”.

Lukaşenko nümayişə çıxmayan müəssisə işçilərinin hərəkətlərini təqdir edib: “Seçkisonrası durumda müəssisələrin kollektivləri öz müdrikliklərini göstərərək meydanı deyil, sexdə işləməyi seçdilər”.

Qeyd edək ki, ölkədə hələ də davam edən nümayişlərdə etirazçılar yeni seçki ilə yanaşı ölkədə konstitusiyaya dəyişiklik istəyirlər.



Әlaqәli Xәbәrlәr