Dünyada koronavirusla bağlı son vәziyyәt (19 sentyabr)
Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 30 milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 22 milyonu keçib.
Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 30 milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 22 milyonu keçib.
Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 200 mini, infeksiyaya yoluxanların sayı da 6 milyonu keçib.
Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә yeni növ koronavirus pandemiyasından gün әrzindә hәyatını itirәnlәrin sayı 27 artaraq 41 min 732-ә, infeksiyaya yoluxanların sayı da 4 min 322 artaraq 385 min 936-ya yüksәlib.
İtaliyada koronavirus infeksiyasından vәfat edәnlәrin sayı gün әrzindә 10 artaraq 35 min 668-ә, virusa yoluxanların sayı da 294 min 932-yә çatıb.
Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 123 artaraq 31 min 249-a, infeksiyaya yoluxanların sayı da 13 min 215 artaraq 428 min 696-ya çatıb. Fransa iqtisadiyyat nazirinin dә virusa yoluxduğu bildirilir.
İspaniyada koronavirus pandemiyasından bir hәftә әrzindә daha 432 nәfәrin vәfat etmәsi ilә ölәnlәrin ümumi sayı 30 min 495-ә çatıb. Sәhiyyә Nazirliyi gün әrzindә 14 min 389 nәfәrin dә epidemiyaya yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 600 mini keçib.
Portuqaliya Sәhiyyә Nazirliyi koronavirusdan gün әrzindә daha 6 nәfәrin hәyatını itirdiyini vә epidemiyaya 780 nәfәrin dә yoluxduğunu açıqlayıb. Ölkәdә indiyәdәk koronavirusdan vәfat edәnlәrin sayı 1894-ә, infeksiyaya yoluxanların sayı isә 67 min 176-ya çatıb.