Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 937 mini keçib.

1491385
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 937 mini keçib. Virusa yoluxanların sayı 30 milyona yaxınlaşıb, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 21 milyon 441 mindәn yuxarıdır.

İtaliyada son 24 saat ərzində yeni növ koronavirus səbəbiylə 9 nəfər həyatını itirib, bununla da insan itkisi 35 min 633-ə yüksəlib. Min 229 yeni yoluxma faktı ilə "Covid-19"a yoluxanların sayı 289 min 990 olub.
Fransada epidemiya səbəbiylə son 24 saat ərzində daha 49 nəfər dünyasını dəyişib. Bununla da ölkədəki ölüm sayı 30 min 999, virusa yoluxan insan sayı isə 7 min 852 artımla 395 min 104-ə çıxıb.
İspaniyada "Covid-19"dan son bir həftə ərzində 303 nəfər həyatını itirib. Ölkədə virusdan qaynaqlı ölüm sayı isə 30 min 4-ə yüksəlib. Səhiyyə Nazirliyi son 24 saat ərzində 9 min 437 yeni hadisənin aşkarlandığını və infeksiyaya yoluxanların sayının 603 min 167-yə yüksəldiyini açıqlayıb. Digər tərəfdən, "Covid-19"a qarşı iş şəraitinin yaxşılaşdırılması və əlavə tədbirlərin görülməsini istəyən səhiyyə işçiləri Madriddə nümayiş keçiriblər. Bask bölgəsindəki müəllimlər və məktəb işçiləri tətil elan ediblər.
Portuqaliyanın Səhiyyə Nazirliyi son 24 saat ərzində 4 nəfərin öldüyünü və "Covid-19" səbəbiylə 425 yeni hadisənin qeydə alındığını açıqlayıb. Ölkədə insan itkisi 875 min, yoluxma sayı 65 min 21-ə yüksəlib.

 İngiltərədə son 24 saat ərzində 3105 nəfər koronavirusa yoluxub. Son 24 ərzində 27 nəfər isə koronavirusdan ölüb.

Hazırda ölkədə koronavirusa yoluxanların sayı 374 228 nəfərə, ölənlərin sayı isə 41 664 nəfərə çatıb.

Hindistanda epidemiya səbəbiylə son 24 saat ərzində min 315 nəfərin ölümü ilə insan itkisi sayı 82 min 91-ə yüksəlib. Ölkədə eyni dövrdə 90 min 123 yeni "Covid-19" hadisəsinin aşkarlanması ilə virusa yoluxmuş insanların sayı 5 milyon 20 min 359-a yüksəlib.



Әlaqәli Xәbәrlәr