Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 923 mini keçib.

1489553
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 923 mini, virus yoluxanların sayı 28 milyon 892 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 20 milyon 731 mini keçib.

Ən çox yoluxma halı ABŞ-da rast gəlinib. Ondan sonra isə Hindistan və Braziliya gəlir. 
İngiltərədə yeni növ koronavirus səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 9 artaraq 41 min 623-ə, 3 min 497 yeni hadisənin aşkarlanması ilə ümumi xəstəlik sayı 365 min 174-ə yüksəlib. Ölkədə 27 iyun - 8 avqust tarixləri arasında mindən aşağı qeydə alınan orta hebasla gündəlik  yeni xəstə sayı son bir həftədə gündə təxminən 3000 olub.
İtaliyada son 24 saat ərzində yeni növ koronavirus səbəbiylə 6 nəfər ölüb, insan itkisi 35 min 603-ə yüksəlib. Min 501 yeni yoluxma ilə "Covid-19"a tutulanların sayı isə  286 min 297 olub.
Fransada son 24 saat ərzində 17 nəfərin ölümü ilə insan itkisi 30 min 910-a, daha 10 min 561 nəfərə virus yoluxması ilə infeksiyaya yoluxanların sayı isə 373 min 911-ə yüksəlib.

Rusiyada son 24 saat ərzində daha 5449 nəfər yeni növ koronavirusa (Covid-19) yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların sayı 1062811 nəfərə çatıb.

Son 24 saat ərzində 94 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 578 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

 



Әlaqәli Xәbәrlәr