Aİ Aralıq dənizinin şərqindəki gərginliklə bağlı konfrans keçirilməsini təklif edib

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Şərqi Aralıq dənizindəki gərginliyi azaltmaq üçün çoxtərəfli formatda konfrans təşkil edilə biləcəyini söyləyib.

1485110

Mişel Aİ-Türkiyə əlaqələri və Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar mətbuata açıqlama verib.
Aİ üzvü dövlətlərin liderlərinin Belçikanin paytaxtı Brüsseldə 24-25 sentyabr tarixlərində Türkiyə mövzusunda zirvə yığıncağı keçirəcəyini xatırladan Mişel yığıncaqda Türkiyəyə qarşı necə bir siyasət təqib ediləcəyini və münasibətlərin necə inkişaf etdirəcəklərini mazakirəyə çıxaracaqlarını söyləyib.
Mişel Şərqi Aralıq dənizindəki xüsusi iqtisadi bölgə sərhədləri, enerji, təhlükəsizlik və miqrasiya kimi mövzuların liderlər tərəfindən qiymətləndiriləcəyini ifadə edib.
Şərqi Aralıq dənizindəki gərginliyi azaltmaq üçün çoxtərəfli formatda konfrans keçirilməsini təklif edən Mişel əlaqəli tərəflərin və NATO-nun da konfransa qatıla biləcəyini bildirib.
Konfrans təklifini Ankara və Afinaya göndərdiyini söyləyən Mişel bunun bölgədəki gərginliyi azaltmaq və bir dialoq kanalı açmağın ən yaxşı yolu olacağını söyləyib.
Son həftələrdəki gərginliyinə son qoyulmasını istəyən Mişel "Bu vəziyyət belə davam edə bilməz" ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr