Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 835 min 679 olub.

1480410
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 835 min 679 olub. Virusa yoluxanların sayı 24 milyon 635 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 17 milyon 96 mini keçib.

"Covid-19" infeksiyasından ABŞ-da ölәnlәrin sayı 184 min 803-ә, yoluxmaların sayı isә 6 milyon 48 minә çıxıb. Ağ Ev 150 milyon sürәtli koronavirus testi alacağını vә bunun ölkә miqyasına paylanacağını açıqlayıb.

Avropadakı epidemiyanın mərkəzi İngiltərədə son 24 saat ərzində 1522 koronavirusa yoluxma halı qeydə alınıb. 
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, iyunun 12-dən bəri müşahidə edilən rekord sayda artımdır.
Qeyd edək ki, son bir gündə ölüm sayı 12 nəfər olub. 
Ümumilikdə isə ölkə üzrə 330 368 yoluxma, 41 477 ölüm hadisəsi baş verib.
İtaliyada son 24 saatda 5 nəfər həyatını itirib, ümumilikdə isə insan itkisi 35 min 463 olub. May ayından bəridir qeydə alınan ən yüksək rəqəm olan min 411 yeni yoluxma ilə ölkə üzrə virusa yoluxanların ümumi sayı isə 263 min 949 olub.

Fransada epidemiya səbəbiylə son 48 saatda daha 32 nəfərin ölümü ilə insan itkisi 30 min 576, yoluxmaların sayı isə 259 min 698 nəfərə çatıb. Paris Valiliyi yoluxmaların sayının artması səbəbindən bu gün yerli vaxtla saat 08: 00-dan etibarən maskaların istifadəsinin bütün paytaxtda məcburi hala gətiriləcəyini açıqlayıb.
İspaniyada koronavirusdan son 7 gündə 132 nəfər ölüb, Bununla da ölkə üzrə insan itkisi 28 min 996-ya yüksəlib. Səhiyyə Nazirliyi son 24 saat ərzində 9 min 658 yeni yoluxma faktının qeydə alındığını və bununla da yoluxma sayının ümumilikdə sayının 429 min 507-yə yüksəldiyini açıqlayıb.

Hindistanda min 57 adamın dünyasını dəyişməsilə koronavirusdan ölənlərin sayı 61 min 529-a yüksəlib. Son 24 saat ərzində ölkədə 77 266 yeniyoluxma faktı qeydə alınıb. Ölkə üzrə ümumi xəstəlik sayı 3 milyon 387 min 500-ə yüksəlib.
Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 254 artaraq 28 min 910-a çatıb. Yoluxmaların sayı da 1 milyon 225 minə qədər artıb. Bu günə qədər "Covid-19" qaynaqlı ən çox insan itkisi 13 min 628 ölümlə Cənubi Afrika, 5 min 342 ölümlə Misir, 1475 ölümlə Əlcəzairdə qeydə alınıb.

Braziliyada son 24 saat ərzində koronavirus infeksiyasına 44 235 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə  3 761 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Bildirilir ki, yoluxanlardan 118 649 nəfər vəfat edib.

Rusiyada son 24 saat ərzində daha 4829 nəfər yeni növ koronavirusa yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların sayı 980 405 nəfərə çatıb.

Son 24 saat ərzində 110 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 914 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.



Әlaqәli Xәbәrlәr